Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 103 NƏQLİYYAT İNFRASTRUKTURU OBYEKTİNDƏ ÜNVAN LÖVHƏLƏRİNİN VƏ GİRİŞ NÖMRƏ NİŞANLARININ QURAŞDIRILMASI YEKUNLAŞIB

103 NƏQLİYYAT İNFRASTRUKTURU OBYEKTİNDƏ ÜNVAN LÖVHƏLƏRİNİN VƏ GİRİŞ NÖMRƏ NİŞANLARININ QURAŞDIRILMASI YEKUNLAŞIB

11.10.2021

Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olan ünvan reyestri məlumatları mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində və muxtar respublikanın əhalisi beş mindən yuxarı olan digər yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır.

Cari ilin 9 ayı ərzində Naxçıvan şəhəri üzrə 43 nəqliyyat infrastrukturu obyektində 5265 yeni, müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması işləri aparılmışdır. Layihənin həyata keçirildiyi gündən ümumilikdə Naxçıvan şəhərinin 1 prospekt, 71 küçə, 30 məhəllə və 1 kəndi olmaqla 103 nəqliyyat infrastrukturu obyektində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılmışdır.

Layihənin həyata keçirilməsi vətəndaşlara və hüquqi şəxslərə ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək, internet əsaslı elektron xidmətlərdən istifadə, ünvanların asan tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisini aradan qaldırılması imkanı verəcəkdir.

Baxılıb: 982