ŞAHBUZ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
23.09.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Külüs kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar - müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov açaraq rayonda aqrar sahəyə göstərilən dövlət qayğısından və tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin düzgün aparılması, örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, düzgün ottarlalı növbəli əkin sisteminin tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.
Baxılıb: 1023
