TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARI TƏQDİM OLUNUB
30.09.2021
30 sentyabr 2021 ci il tarixdə Babək rayonunun Yuxarı Uzunoba kəndində torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti barədə rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Müşfiq Məmmədsoy açaraq Rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.
Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təmin olunmasının əhəmiyyəti, habelə torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, növbəli əkin sistemindən və gübrələrdən düzgün istifadənin məhsuldarlıqda rolu, torpaq analizlərinin aparılması, kartoqramların əhəmiyyəti və istifadə qaydaları torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.
Baxılıb: 979
