NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR NAXÇIVAN ŞƏHƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN AİLƏ TƏSƏRRÜFATLARI İLƏ KEÇİRİLİB
18.08.2021
Avqustun 18-də Naxçıvan şəhərinin Tumbul kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, əkin atlaslarına uyğun əkinlərin aparılmasının üstünlükləri, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatırılıb.
Aid təşkilatların nümayəndələri tərəfindən ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, meyvə-tərəvəzlərin qurudulması ilə bağlı təsərrüfat sahiblərinə mütəxəssis məsləhətləri verilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb
Baxılıb: 855