Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - YENİ ÜNVAN LÖVHƏLƏRİNİN QURAŞDIRILMASI DAVAM ETDİRİLİR

YENİ ÜNVAN LÖVHƏLƏRİNİN QURAŞDIRILMASI DAVAM ETDİRİLİR

24.08.2021

Muxtar respublikamızda əhalisi 5 mindən yuxarı olan yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, yeni ünvan lövhələrinin quraşdırılması, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır. İndiyədək Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, 64 küçə, 14 məhəllə və Hacıniyyət kəndində ünvanların dəqiqləşdirilməsi, yeni ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılıb. Əlavə olaraq 23 nəqliyyat infrastrukturu obyektinə dair ünvan lövhələri və giriş nömrə nişanları hazırlanıb. Haliyədə Naxçıvan şəhərinin Zərifə Əliyeva küçəsində və Atabəylər məhəlləsində ünvan lövhələrinin quraşdırılması davam etdirilir. Qeyd edək ki, dəqiqləşmə işləri aparılan küçələrdə daşınmaz əmlak obyektlərinin ünvanlarındakı uyğunsuzluqların aradan qaldırılması üçün kameral şəraitdə ünvan xəritəsi üzərində iş aparılır. Uyğunsuzluq aşkar edilən küçə və məhəllələrdə daşınmaz əmlak obyektləri yenidən nömrələnir, ünvan lövhələri və giriş nömrə nişanlarının sayı müəyyənləşdirilir.

Ünvanlarında düzəliş edilmiş daşınmaz əmlak obyektlərinə dair mülkiyyət sənədlərində müvafiq düzəlişlər edilərək təhvil verilir. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yeni inşa olunan daşınmaz əmlak obyektlərinin də sxematik planları dəqiqləşdirilir, ünvan xəritəsinə yerləşdirilməsi və ünvan reyestrində qeydiyyata alınması təmin olunur.

Baxılıb: 1156