Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY BABƏK RAYONU ÜZRƏ 125 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN AY BABƏK RAYONU ÜZRƏ 125 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

07.09.2021

Vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin qarşısında duran prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər avqust ayında da mütəşəkkilliklə davam etdirilib.

Ötən ay idarə tərəfindən 20 fərdi yaşayış evinin texniki pasportu hazırlanıb, 100 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 30 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 125 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 44 arayış verilib.

Xəlilli və Vayxır kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib.

 

Baxılıb: 1348