Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ 982 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

ŞƏRUR RAYONUNDA CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ 982 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

20.10.2022

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər cari ilin ötən dövrü ərzində də mütəşəkkil davam etdirilib.

İdarə tərəfindən doqquz ay ərzində 150 fərdi yaşayış evinin, 34 mənzilin, 1 əmlak kompleksi kimi müəssisənin, 6 qeyri-yaşayış binasının, 7 qeyri- yaşayış sahəsinin, ümumilikdə, 198 daşınmaz əmlak obyektinin texniki pasportu, 481 həyətyanı, 303 kənd təsərrüfatı təyinatlı olmaqla, 784 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 16% artıb.  Texniki sənədlərin hazırlanması zamanı 321 müayinə aktı yazılıb, 12 bölünmə, 38 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

Ötən dövr ərzində 196 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 870 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib, 38 əmlakın qiymətləndirilməsi icra edilərək müvafiq hesabatlar hazırlanıb. 121 vətəndaşın şifahi müraciətinə baxılıb və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Rayonunun 17 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim edilib.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Şərur şəhərinin, Tənənəm, Xanlıqlar, Tumaslı, Püsyan, Dərvişlər, Muğanlı, Həmzəli, Alışar, Şahbulaq, Siyaqut, Gümüşlü, Aşağı Yaycı, Yuxarı Yaycı, Axura kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.

Baxılıb: 166