Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

11.10.2022

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2022-ci ilin 9 ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Doqquz ay ərzində 49 fərdi yaşayış evinin, 5 mənzilin, 1 qeyri-yaşayış binasının, 1 əmlak kompleksi kimi müəssisənin texniki pasportu, 115 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb.2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 8,2% artıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə baxılıb, dövlət reyestrindən 188 çıxarış, məhdudiyyət və yüklülüyə dair 142, əmlakın olub-olmamasına dair 101 arayış, 50 torpaq sahəsinə dair rəy verilib.11 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilərək, müvafiq hesabatlar hazırlanıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilərayonunun Qıvraq qəsəbəsində aparılan monitorinq başa çatdırılıb və müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.

Baxılıb: 152