Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ORDUBAD RAYONUNUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

ORDUBAD RAYONUNUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

19.10.2022

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2022-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

İdarə tərəfindən ötən dövr ərzində 141 daşınmaz əmlak obyektinin texniki pasportu, 160 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 3,1% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 193 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 294 müraciət qəbul edilib, məhdudiyyət və yüklülüyə dair 231 arayış, 69 sosial arayış, 10 ünvan arayışı, 15 dublikat sənəd verilib. 43 torpaq sahəsinə dair rəy hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Vətəndaşlardan 128 şifahi müraciət daxil olub, müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbi onlara izah edilib.

9 ay ərzində rayonunun 18 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 137