CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ BAĞLI KOLLEGİYA İCLASI KEÇİRİLİB
20.10.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən növbəti kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq cari ilin doqquz ayı ərzində görülən işlərdən danışıb.
Gündəlikdə duran məsələlərlə bağlı Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əliyevin çıxışları dinlənilib. Görülmüş işlər barədə slaydlar vasitəsilə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadəyə və onların
mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin davam etdirilməsi, yeni çəkilmiş kanal, kollektor və drenaj şəbəkələrinin xəritələşdirilməsi və həmin xəritə materiallarının eləcə də torpaqların keyfiyyətində baş verən dəyişikliklərin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, muxtar respublikanın torpaq fondunda torpaqların uqodiyalar üzrə dürüstləşdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Baxılıb: 273