Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ DAVAM ETDİRİLİR

TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ DAVAM ETDİRİLİR

27.10.2022

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Camaldın kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mustafa Cəlilov açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılmış nailiyyətlər və keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, əkilməyən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin düzgün aparılması, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi örüş sahələrində eroziyanın, ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin və mövcud kanallarda su sızmalarının qarşısının alınması, növbəli əkin sisteminin tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub. 

Baxılıb: 138