Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

“DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

28.10.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yerli bölmələrin əməkdaşlarının və Naxçıvan Dövlət Universitetinin Xidmətin hamiliyinə verilmiş “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasında təhsil alan II kurs tələbələrinin iştirak ilə “Daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması” mövzusunda təlim keçirilib.

Təlim daşınmaz əmlak sahəsində ixtisaslı kadrların yetişməsi, Xidmətin yerli bölmələrinin əməkdaşlarının bu sahədə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədi ilə təşkil olunub. Təlimdə Xidmətin Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Taleh Quliyev texniki inventarlaşdırma və torpaq ölçmələrinin nəticələrinin rəsmiləşdirilməsi, kadastr planında əks olunan məlumatların məcmusu, texniki pasporta daxil edilən əsas göstəricilər, tikililərdə ara məsafəsi ilə bağlı qaydalar, yaşayış, ictimai, istehsalat binalarının sahələrinin tikinti sahəsinin və tikinti həcminin hesablanması qaydaları haqqında ətraflı məlumatlar verib.

Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Baxılıb: 261