Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XATİRƏ MUZEYİ ZİYARƏT OLUNUB

XATİRƏ MUZEYİ ZİYARƏT OLUNUB

28.11.2022

26 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış Xatirə Muzeyini ziyarət ediblər.

Məlumat verililib ki, hazırda muzeyin fondunda 2 mindən çox eksponat mövcuddur. 400-dən çox nümunə ekspozisiyada nümayiş etdirilir. Təcavüzkar erməni daşnaklarının müxtəlif dövrlərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımların, qanlı cinayətlərin izləri bu eksponatlarda öz əksini tapır. Ekspozisiyada müxtəlif tarixi hadisələrə aid sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının, Milli və Sovet İttifaqı Qəhrəmanlarının, birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallar yer alır.

Muzeydə muxtar respublikanın sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən bəhs edən eksponatlar haqqında da ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda baş verən qırğınlara, faciələrə ilk dəfə hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyev olub. Muzeyin bələdçisi onu da vurğulayıb ki, “Vətən Müharibəsi” dövründə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ayrıca guşə yaradılıb.

Baxılıb: 142