Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI VƏ VƏTƏNDAŞ MÜRACİƏTİNİN OPERATİV CAVABLANDIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI VƏ VƏTƏNDAŞ MÜRACİƏTİNİN OPERATİV CAVABLANDIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

07.12.2022

Mənzillərin, fərdi yaşayış evlərinin texniki pasportlarının hazırlanması, daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılmasında yeni metodların tətbiqi, muxtar respublikanın bütün yaşayış məntəqələrində əhaliyə müvafiq sahələrlə bağlı nümunəvi xidmətlərin göstərilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin noyabr ayında da mütəşəkkil davam etdirilib.

İdarənin əməkdaşları qarşıya qoyulan vəzifə və tapşırıqların icrasını diqqətdə saxlayaraq ay ərzində 15 fərdi yaşayış evinə, 2 mənzilə məxsus, ümumilikdə, 17 texniki pasport hazırlayıb. 20 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 21 müayinə aktı yazılıb, 2 bölünmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib.

Hesabat dövründə rayon üzrə dövlət reyestrindən 45 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 21 arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. 6 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.

Vətəndaşlar tərəfindən edilən 4 şifahi müraciət yerində araşdırılıb və qanunvericilikdə göstərilən tələblər vətəndaşlara aydın şəkildə izah edilib.

Baxılıb: 141