Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

ŞAHBUZ RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

17.11.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən cari ilin oktyabr ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb, vətəndaşların müraciətləri əsasında 6 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb.

Plan-ölçünün hazırlanması üçün 19, hüquqların dövlət qeydiyyatına alınması üçün 28 müraciətə baxılıb. 2 dublikat sənəd hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 22 müayinə aktı yazılıb, məhdudiyyət və yüklülüyə dair 14 arayış verilib.

Ay ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinqlərin aparılması zamanı Şahbuz rayonunun Badamlı qəsəbəsinin, Kükü, Qızıl Qışlaq kəndlərinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Şahbuz rayonunun Biçənək kəndinin ərazisində monitorinq başa çatdırılıb, Badamlı və Aşağı Qışlaq kəndlərinin ərazilərində isə monitorinqlərə başlanılıb.

Baxılıb: 127