Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATA ALINMASI DAVAM ETDİRİLİB

BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATA ALINMASI DAVAM ETDİRİLİB

14.11.2022

 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2022-ci ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

Ayı ərzində idarə tərəfindən 18 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 47 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 7 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 27 müayinə aktı yazılıb.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 80 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 44, əmlakın olub-olmamasına dair 17 arayış, 11 torpaq sahəsinə dair rəy verilib. 5 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilərək müvafiq hesabatlar hazırlanıb.

Rayonun Zeynəddin və Nəcəfəlidizə kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 130