Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUXTAR RESPUBLİKADA DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ BAĞLI VƏTƏNDAŞLARA 23 NÖVDƏ ELEKTRON XİDMƏT GÖSTƏRİLİR

MUXTAR RESPUBLİKADA DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ BAĞLI VƏTƏNDAŞLARA 23 NÖVDƏ ELEKTRON XİDMƏT GÖSTƏRİLİR

28.10.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi, bu sahədə xidmətlərin vətəndaşlar üçün əlçatanlığının təmin olunması, onların təqdim olunan xidmətlərdən rahat yararlanmaları məqsədilə xidmətlərin rəqəmsal mühitə daşınması, operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun keyfiyyətli xidmətlərin göstərilməsi daima diqqətdə saxlanılır.

Xidmətin fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlak və torpaq məsələləri bağlı vətəndaşlara 23 növdə elektron xidmət göstərilir. Elektron çıxarışdan rahat istifadənin təmin edilməsi və tələb olunan xidmət haqlarının elektron qaydada ödənilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” və “Xidmət haqqının ödənilməsi” xidmətləri də vətəndaşların istifadəsinə verilib. Ümumi Notariat Elektron Məlumat Sistemi  ilə daşınmaz əmlakın elektron qeydiyyat sistemi arasında avtomatlaşdırılmış məlumat mübadiləsi təmin olunmuşdur ki, bu da vətəndaşların daşınmaz əmlakla bağlı əməliyyatları daha operativ qaydada həyata keçirmələrinə şərait yaradıb.

Cari ilin doqquz ayı ərzində notariat ofislərində daşınmaz əmlak ilə bağlı müqavilələrin bağlanması üçün tələb olunan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın elektron informasiya sistemləri vasitəsilə əldə edilməsi ilə əlaqədar 213, ipoteka ilə bağlı 623, xidmət haqqının ödənilməsi ilə əlaqədar 823, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün 169, daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün 80, digər xidmətlər üzrə 15 müraciət olmaqla ümumilikdə təqdim olunan elektron xidmətlərə 1923 müraciət daxil olub.

Baxılıb: 180