TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ DAVAM ETDİRİLİR
27.10.2022
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Camaldın kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mustafa Cəlilov açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılmış nailiyyətlər və keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, əkilməyən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin düzgün aparılması, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi örüş sahələrində eroziyanın, ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin və mövcud kanallarda su sızmalarının qarşısının alınması, növbəli əkin sisteminin tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub.
TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARI TƏQDİM EDİLİB
26.10.2022
Şərur rayonunun Dizə kəndində torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti barədə rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Osman Cəlil açaraq Rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.
Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təmin olunmasının əhəmiyyəti, habelə torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, əkinlərinin əkin atlaslarına uyğun aparılması, növbəli əkin sistemindən və gübrələrdən düzgün istifadənin məhsuldarlıqda rolu, torpaq analizlərinin aparılması, kartoqramların əhəmiyyəti və istifadə qaydaları torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.
Torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar rayonunun Dizə, Axura və Həmzəli bələdiyyələrinin sədrlərinə təqdim edilib.
CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ BAĞLI KOLLEGİYA İCLASI KEÇİRİLİB
20.10.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən növbəti kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq cari ilin doqquz ayı ərzində görülən işlərdən danışıb.
Gündəlikdə duran məsələlərlə bağlı Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əliyevin çıxışları dinlənilib. Görülmüş işlər barədə slaydlar vasitəsilə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadəyə və onların
ŞƏRUR RAYONUNDA CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ 982 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB
20.10.2022
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər cari ilin ötən dövrü ərzində də mütəşəkkil davam etdirilib.
İdarə tərəfindən doqquz ay ərzində 150 fərdi yaşayış evinin, 34 mənzilin, 1 əmlak kompleksi kimi müəssisənin, 6 qeyri-yaşayış binasının, 7 qeyri- yaşayış sahəsinin, ümumilikdə, 198 daşınmaz əmlak obyektinin texniki pasportu, 481 həyətyanı, 303 kənd təsərrüfatı təyinatlı olmaqla, 784 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 16% artıb. Texniki sənədlərin hazırlanması zamanı 321 müayinə aktı yazılıb, 12 bölünmə, 38 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Ötən dövr ərzində 196 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 870 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib, 38 əmlakın qiymətləndirilməsi icra edilərək müvafiq hesabatlar hazırlanıb. 121 vətəndaşın şifahi müraciətinə baxılıb və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Rayonunun 17 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim edilib.
