Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA VƏTƏNDAŞLARIN ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ İCRA OLUNUR

ŞƏRUR RAYONUNDA VƏTƏNDAŞLARIN ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ İCRA OLUNUR

06.12.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların müvafiq məsələlərlə bağlı müraciətlərinə operativ şəkildə cavab verilməsi, yerlərdə sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi, onların nəzərdə tutulmuş istənilən xidmətdən rahat istifadə etmələri üçün əlverişli şəraitin yaradılması müsbət nəticəyə gətirib çıxarıb.

Ardıcıl davam etdirilən və ən yeni zəruri avadanlıqlarla təşkil olunan xidmətlər Şərur Rayon İdarəsi tərəfindən də diqqətdə saxlanılıb. Bu ilin noyabr ayındaaparılan məqsədyönlü tədbirlər çərçivəsində 29 fərdi yaşayış evinin, 9 mənzilin, 1 qeyri-yaşayış binasının texniki pasportu, o cümlədən, 69 həyətyanı, 54 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü hazırlanıb.

Müvafiq dövr ərzində 2 torpaq sahəsinə dair birləşmə, 2 bölünmə planı tərtib olunub. Texniki sənədlərin hazırlanması zamanı isə 53 müayinə aktı yazılıb. Bundan əlavə, 25 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 136 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib.

İdarə tərəfindən ötən ay 4 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib. 17 vətəndaşın şifahi müraciətinə vaxtlı-vaxtında baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.

Baxılıb: 154