Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİNİN MÜASİR ƏSASLARLA QURULMASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR

ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİNİN MÜASİR ƏSASLARLA QURULMASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR

15.11.2022

Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınması 2022-ci ilin oktyabr ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən diqqətdə saxlanılmış, əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində işlər davam etdirilmişdir.

Ayı ərzində idarəyə texniki sənədlərin hazırlanması üçün 84 müraciət daxil olmuşdur. Müraciətlər əsasında 35 fərdi yaşayış evinin, 14 mənzilin, 2 qeyri-yaşayış binasının texniki pasportu, 33 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir. Texniki sənədlərin hazırlanması zamanı 17 bölgü planı, 3 müayinə aktı tərtib edilmiş və arxiv sənədlərinə əlavə olunmuşdur. 5 əmlakın qiymətləndirilməsi icra edilmiş, qiymətləndirilmələrə dair hesabatlar hazırlanmışdır.

Naxçıvan şəhəri ərazisində torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti nəzarətdə saxlanılmış, vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.

Baxılıb: 143