Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

24.11.2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur Rayonunun Yengicə kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması, Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Əli Hüseynov eroziyaya uğramış, səhralaşmaya meyilli olan ərazilərin təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılması, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Əmrulla Quliyev kənd ətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması yolları haqqında iştirakçılara geniş məlumat verib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparıcı məsləhətçisi Elxan Qaybalıyev su ehtiyatlarından səmərəli istifadə etməklə torpaqların münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsindən bəhs edib.

Tədbirin sonunda müzakirələr aparılıb, iştirakçılarda maraq doğuran suallar cavablandırılıb və  maarifləndirici bukletlər təqdim olunub.

Baxılıb: 136