NAXÇIVANDA BU İLİN YANVAR-MART AYLARI ƏRZİNDƏ 2052 ÇIXARIŞ VERİLİB
16.04.2024
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 2052 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Cari ilin ilk 3 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 789-u fərdi yaşayış evi, 300-ü mənzil, 840-ı torpaq sahəsi, 32-si qeyri-yaşayış binası, 81-i qeyri-yaşayış sahəsi, 9-u əmlak kompleksi, 1-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 931-i və ya 45,4 faizi Naxçıvan şəhərinin, qalanı isə rayonların payına düşür.
“DÖVLƏT SATINALMALARI HAQQINDA” YENİ QANUNUN TƏTBİQİNƏ DAİR TƏLİMLƏRƏ 100-DƏN ÇOX İŞTİRAKÇI QATILIB
16.04.2024
Tədbirdə iştirakçılara “Dövlət satınalmaları haqqında” yeni Qanunun tələbləri və tətbiqi ilə bağlı praktiki məsələlər izah edilib, Qanunla nəzərdə tutulan yeni müddəalar, tənzimləmə və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.
“Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
NAXÇIVANDA HƏRRACDA SATILAN ƏMLAKIN SAYI ARTIB
15.04.2024
Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır.
2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 83,3 faiz artaraq 22 olub.
Cari ilin 3 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4 faiz artıb.
NAXÇIVANDA GÜZƏŞTLİ KREDİTLƏRİN HƏCMİ 2 DƏFƏDƏN ÇOX ARTIB
09.04.2024
Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.
Layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Cari ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur.
