Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

“YUTONG BUS CO. LTD.” ŞİRKƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

29.02.2024

İqtisadiyyat Nazirliyində Çinin “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb. Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sənaye zonaları barədə məlumat verilib.

Ardını oxu »

SAHİBKARLAR ÜÇÜN 7 SAHƏ ÜZRƏ DAXİLİ BAZAR ARAŞDIRMASI APARILIR

28.02.2024

Bugünədək dövlət dəstəyi hesabına sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 51 daxili bazar araşdırması aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə hazırda 7 sahə üzrə daxili bazar araşdırmaları aparılır. Bazar araşdırmaları soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatları istiqamətlərini əhatə edir.

Müvafiq istiqamətlər Agentlik tərəfindən sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilib.

Ardını oxu »

ALMANİYANIN BİZNES NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZDƏ İŞGÜZAR SƏFƏRDƏDİR

28.02.2024

İqtisadiyyat Nazirliyində alman iş adamları ilə görüş keçirilib, Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verilib.

Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın başçılıq etdiyi biznes nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

İqtisadiyyat Nazirliyində Almaniya nümayəndə heyəti ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov, Nazirliyin tabeliyindəki qurumların və Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyi, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms və alman biznes nümayəndələri iştirak edib.

Ardını oxu »

COP26-NIN PREZİDENTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

23.02.2024

COP26-nın prezidenti Ser Alok Şarma ilə görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 üzrə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasının üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə videokonfrans formatında görüşüb.

İqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, “yaşıl” enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verilib. Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırılıb. Birləşmiş Krallığın COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub.

Ardını oxu »