Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

İQTİSADİYYAT NAZİRİ YAPONİYA SƏFİRİ İLƏ GÖRÜŞÜB

03.04.2024

Yaponiya ilə iqtisadi əlaqələrin inkişafı, o cümlədən bu ölkənin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb. Görüşdə ölkəmizin Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlərdəndir.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Ardını oxu »

SANKT-PETERBURQLA ƏMƏKDAŞLIQ GENİŞLƏNDİRİLİR

03.04.2024

İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkəmizdə səfərdə olan Sankt-Peterburq nümayəndə heyəti ilə görüşündə, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında Hökumətlərarası Komissiyanın 4-cü iclasında tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub,  bir sıra sənədlər imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb. Görüşdə Azərbaycan və Rusiya dövlət başçılarının davamlı inkişafa və iqtisadi potensialdan səmərəli istifadəyə böyük əhəmiyyət verməsi nəticəsində regional əməkdaşlığın, o cümlədən ikitərəfli iqtisadi fəaliyyətin gücləndiyi vurğulanıb.

Ardını oxu »

TÜRK ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

02.04.2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Koç Holdinq”in Baş maliyyə direktoru Polat Şen, səhiyyə üzrə baş direktoru Erhan Bulutçu və “Aksoy Holdinq”in baş direktoru Batu Aksoyla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb. Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətləri ilə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Ardını oxu »

BMT-NİN İNKİŞAF PROQRAMI ÇƏRÇİVƏSİNDƏ TƏRƏFDAŞLIQ İSTİQAMƏTLƏRİ BARƏDƏ MÜZAKİRƏ APARILIB

29.03.2024

BMT nümayəndəsi Alessandra Rokkasalvo ilə görüşdə dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmləri, COP29-la bağlı potensial tərəfdaşlıq və digər məsələlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.

Ardını oxu »