Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVANDA ÖZƏLLƏŞDİRMƏDƏN DAXİLOLMALAR 16 DƏFƏ ARTIB

08.04.2024

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam edir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.

2024-cü ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

Ardını oxu »

TƏLƏBƏLƏR XİDMƏTDƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİBLƏR

06.04.2024

Naxçıvan Dövlət Universitetinin Memarlıq-mühəndislik fakültəsinin Memarlıq ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi başa çatıb. Fevral ayının 16-dan start verilən təcrübə müddətində tələbələr Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar. Gündəlik proqrama uyğun olaraq xidmətin əməkdaşları tərəfindən torpaqların texniki uçotunun aparılması və torpaq-kadastr sənədlərinin hazırlanması, elektron taxeometr, onun quruluşu və iş qaydaları, taxeometr və “GPS”-lə ərazinin plana alınması, “ArcMap” proqramı və digər mövzularla bağlı ətraflı məlumat verilib. Təcrübə müddətində tələbələr çöl ölçmələri zamanı əldə edilən məlumatların köçürülməsi və emalında, müvafiq plan və xəritələrin hazırlanmasında yaxından iştirak ediblər.

Ali təhsil müəssisəsində öyrəndikləri nəzəri bilikləri praktiki təcrübədə həyata keçirən tələbələr texniki inventarlaşdırma, texniki sənədlərin hazırlanması, həmçinin nəticələrin rəsmiləşdirilməsi, tikililərlə bağlı müvafiq qaydalara riayət olunması, yaşayış, ictimai, istehsalat binalarının tikinti sahəsinin, həcminin hesablanması üsulları və digər mövzularla bağlı məlumatlandırılıblar.

Ardını oxu »

NAXÇIVAN BİZNES MƏRKƏZİNDƏ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLİB

04.04.2024

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviqi məsələləri müzakirə olunub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Biznes Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Kapital Bank və Azərbaycan Beynəlxalq Bank Açıq Səhmdar Cəmiyyətlərinin Naxçıvan filiallarının nümayəndələri iştirak ediblər.

Görüşdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nında nəzərdə tutulan qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviqi məsələləri müzakirə olunub.

Müzakirələr ətrafında təkliflər dinlənilib, suallar cavablandırılıb.

Ardını oxu »

AİB-LƏ POTENSİAL ƏMƏKDAŞLIQ İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ EDİLİB

04.04.2024

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının rəsmisi ilə görüşdə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukovla görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu il ölkəmizin AİB ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı yüksək qiymətləndirilib.

Ardını oxu »