Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “SAİPEM” ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

“SAİPEM” ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

05.06.2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Saipem” şirkətinin icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan energetika layihələrinin önəmi qeyd edilib, “yaşıl” enerji və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər, SOCAR-la beynəlxalq tərəfdaşlar arasında reallaşdırılan layihələr barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Tərəflər enerji tərəfdaşlığının mövcud vəziyyəti və birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Baxılıb: 94