Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - FÖVQƏLADƏ HALLARLA BAĞLI DAVRANIŞ QAYDALARINA DAİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

FÖVQƏLADƏ HALLARLA BAĞLI DAVRANIŞ QAYDALARINA DAİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

23.05.2024

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyində fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baş tutan tədbirdə fövqəladə halların təsnifatı, yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, dəm qazı təhlükəsi haqda ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Baxılıb: 99