Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ BAŞ DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ BAŞ DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

07.06.2024

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə ÜTT ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin təşkilata üzvlük prosesi ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb.

Görüşdə ölkəmizin sosial-iqtisadi inkişaf məqsədləri, iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə verilən önəm diqqətə çatdırılıb. Azərbaycanla təşkilat arasında əlaqələrin inkişafı, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb. 

Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

Baxılıb: 115