Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AİB-LƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ EDİLİB

AİB-LƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ EDİLİB

27.06.2024

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) prezidenti ilə keçirilən görüşdə AİB - Azərbaycan əlaqələri, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava ilə görüşüb.

Nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. AİB ilə tərəfdaşlığımızın 25 ilinin tamam olduğu və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti, Bankın enerji, infrastruktur, idarəetmə, eləcə də özəl sektorun inkişafı sahəsində ölkəmizə dəstək göstərdiyi, birgə layihələrin reallaşdırıldığı qeyd edilib. 

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafa töhfə verəcəyini vurğulayıb, AİB-in COP29-la bağlı ölkəmizə dəstək göstərməyə hazır olduğu ifadə olunub.  

Tərəflər müxtəlif sahələr üzrə, o cümlədən AİB-in CAREC Proqramı çərçivəsində əməkdaşlıq imkanları, gələcək planlar və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Baxılıb: 109