Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA 4 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAKA ÇIXARIŞ VERİLİB

NAXÇIVANDA 4 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAKA ÇIXARIŞ VERİLİB

11.06.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3958 mülkiyyət hüququ qeydiyyata  alaraq çıxarışla təmin edib.

 Bu göstəricinin 1358-i və yaxud 34,3 faizi ilkin, 2600-ü və yaxud 65,7 faizi isə təkrar qeydiyyatın payına düşüb.

Cari ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1427-si fərdi yaşayış və bağ evi,  701-i mənzil, 1581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.

Baxılıb: 130