BYD ŞİRKƏTİNİN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ ÜZRƏ İCRAÇI DİREKTORUN MÜAVİNİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
21.02.2024
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorun müavini İvan Sao ilə görüşüb.
Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub. Görüşdə ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi perspektivləri və bu istiqamətdə BYD şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.
KOB-LARIN TƏHSİL, ELM, TƏDQİQAT VƏ DƏSTƏK LAYİHƏLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏQSƏDİLƏ 5-Cİ QRANT MÜSABİQƏSİ ELAN EDİLİR
20.02.2024
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq keçirilir.
Şərtlər:
- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;
- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;
- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;
- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;
VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV HƏLLİNİ TAPIB
20.02.2024
Ordubad rayonunda torpaqlardan təyinatı üzrə istifadə olunmasına dövlət nəzarətinin artırılması və vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi yanvar ayında diqqətdə saxlanılıb.
Xidmətin rayon idarəsi tərəfindən əmlaklara dair texniki sənədlərin hazırlanması üzrə sakinlərə nümunəvi xidmət göstərilib, ümumilikdə 7 daşınmaz əmlak obyektinə texniki pasport, 11 torpaq sahəsinə dair plan və ölçü hazırlanaraq sakinlərə təqdim edilib. Ay ərzində texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 2 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilib.
Göstərilən müvafiq xidmətlər üzrə vətəndaşların etdiyi müraciətlərə vaxtında baxılıb, müvafiq dövrdə əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 25 müraciət qəbul edilərək həllini tapıb, məhdudiyyət və yüklülüyə dair 6 arayış verilib. Həmçinin, 19 sosial, 1dublikat sənəd hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Vətəndaşların bu dövrdə etdiyi 12 şifahi müraciətlə əlaqədar mübahisələndirilən əmlaklara yerində baxış keçirilib və qanunvericiliyin tələbləri onlara izah edilib, maarifləndirmə işi diqqətdə saxlanılıb.
“NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL-İQTİSADİ İNKİŞAFINA DAİR 2023–2027- Cİ İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI” ÜZRƏ ƏLAQƏLƏNDİRMƏ QRUPUNUN İLK İCLASI KEÇİRİLİB
19.02.2024
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn formatda ilk iclası keçirilib.
Dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı müzakirələri formatında keçən iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.
İclasda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədləri davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin edilməsidir.
