Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “NAXÇIVAN” UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ MÜASİR İSTEHSAL TEXNOLOGİYALARI İLƏ TANIŞ OLUBLAR

“NAXÇIVAN” UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ MÜASİR İSTEHSAL TEXNOLOGİYALARI İLƏ TANIŞ OLUBLAR

23.05.2024

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan tələbələr “Ləzzət biskvit və şokolad fabriki” və “ENNA” Məhdud Məsuliyyətli Cəmiyyətlərində istehsal prosesi ilə tanış olublar.

Tanışlıq zamanı tələbələrə mütəxəssislər tərəfindən müəssisələrin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, xammaldan hazır məhsul buraxılışınadək bütün istehsal mərhələləri haqqında ətraflı məlumat verilib.

Sonda tələbələrin istehsal prosesi ilə bağlı sualları cavablandırılıb.

Baxılıb: 109