İRAQ RESPUBLİKASININ PREZİDENTİ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
18.03.2024
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu, SOCAR-ın prezidenti Rövşən Nəcəfi və Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu qəbul edib. Qəbulda Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə genişləndiyi vurğulanıb.
ÖTƏN AY CULFA RAYONUNDA ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR HƏLLİNİ TAPIB
15.03.2024
Cari ilin fevral ayında Culfa rayonunda əmlaklara məxsus texniki sənədlərin vaxtında hazırlanaraq vətəndaşlara təqdim edilməsi və digər aid məsələlərlə bağlı müraciətlərə operativ qaydada baxılması idarə tərəfindən davam etdirilib.
Sakinlərdən daxil olan müraciətlər nəzərə alınaraq, rayonda ötən ay ərzində ümumilikdə, 35 texniki pasort hazırlanıb ki, bunlardan 16-sı fərdi yaşayış evinə, 12-si mənzilə, 4-ü qeyri-yaşayış sahəsinə, 3-ü isə qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 30 torpaq sahəsinə dair plan və ölçü tərtib edilərək vətəndaşlara təqdim olunub. Müvafiq dövrdə hazırlanan 5 bölünmə və 1 birləşmə planı arxiv sənədlərinə əlavə edilib, texniki sənədlərin hazırlanması zamanı isə 19 müayinə aktı yazılıb.
ƏMLAKLARIN QEYDİYYATDAN KEÇİRİLMƏSİNƏ VƏTƏNDAŞLARIN MARAĞI ARTIB
14.03.2024
Muxtar respublikanın şəhər və rayonlarında daşınmaz əmlak üzərində mülkiyyət hüqlarının dövlət reyestrində qeydiyyatdan keçirilməsinə xüsusilə maraq göstərilir. Ötən ay Şərur rayonunda da sakinlər öz əmlaklarının dövlət qeydiyyatının aparılmasına prioritet məsələ kimi yanaşıb, Xidmətin rayon idarəsinə çoxsaylı müraciət daxil olub.
Rayon idarəsi tərəfindən cari ilin fevral ayı ərzində 13 fərdi yaşayış evinə, 2 mənzilə və 1 əmlak kompleksi kimi müəssisəyə məxsus texniki pasport, 92 torpaq sahəsinə dair plan və ölçü hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Həmçinin, 2 birləşmə planı tərtib edilib, texniki sənədlərin hazırlanması zamanı 37 müayinə aktı yazılıb.
İQTİSADİYYAT NAZİRLİYİNDƏ BP ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB
14.03.2024
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.
İqtisadiyyat naziri bp şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. bp-nin Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib. Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, ölkəmizdə “yaşıl” enerji növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il bp tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
