Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

XORVATİYANIN İQTİSADİYYAT VƏ DAVAMLI İNKİŞAF NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

14.03.2024

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb. Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir. Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib.

Ardını oxu »

XİDMƏT FEVRAL AYINI 900-Ə YAXIN DAŞINMAZ ƏMLAKI QEYDİYYATA ALARAQ BAŞA VURUB

12.03.2024

Muxtar respublikada əmlak və torpaq idarəçiliyində müasir yanaşmaları tətbiq edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı və texniki sənədlərin hazırlanması sahəsindəki müsbət dinamika fevral ayında da müşahidə olunub.

Cari ilin ötən ayında Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 895 daşınmaz əmlak obyektinə məxsus mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılıb. Bu dövrdə daxil olmuş vətəndaş müraciətləri əsasında 243 əmlaka dair texniki pasport, 331 torpaq sahəsinə dair plan və ölçü olmaqla, ümumilikdə 574 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 81 daşınmaz əmlak obyektinə ünvan verilib.

Ardını oxu »

UNİVERSİTET - BİZNES ƏMƏKDAŞLIĞI İSTİQAMƏTİNDƏ LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR

11.03.2024

Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsinin, Mühəndis Emalatxanasının və “AzTU Texnoparkı - Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.

KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb.

Ardını oxu »

BRAZİLİYA İLƏ İQTİSADİ TƏRƏFDAŞLIĞIN İNKİŞAFI MÜZAKİRƏ EDİLİB

05.03.2024

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosa ilə görüşüb.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əlaqələrin inkişafı üçün imkanların olduğu vurğulanıb. Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonalarında investorlar üçün nəzərdə tutulmuş güzəştlər və stimullar diqqətə çatdırılıb. COP29 çərçivəsində birgə fəaliyyət imkanları və “yaşıl” maliyyələşmə üzrə əməkdaşlıq nəzərdən keçirilib.

Ardını oxu »