Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNUN VƏSAİTLƏRİ ÜZRƏ VAXTI KEÇMİŞ KREDİTLƏR 62 FAİZ AZALIB

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNUN VƏSAİTLƏRİ ÜZRƏ VAXTI KEÇMİŞ KREDİTLƏR 62 FAİZ AZALIB

13.06.2024

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu fəaliyyətini mövcud qanunvericiliyə uyğun formalaşdırıb. Fondun nizamnaməsinə müvafiq olaraq Müşahidə Şurası yaradılıb və müvafiq qərarlar qəbul edilib.       

Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib, hal-hazırda Fondun aktiv portfeli 52,5 milyon manat təşkil edir.

2024-cü il 1yanvar  tarixinə Sahibkarlığın İnkişafı  Fonduna  öhdəlik üzrə qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 15,5 milyon manat təşkil edib, 2024-cü il 13 iyun tarixinə 9,6 milyon  manat və ya 62 faiz azalaraq 5,9 milyon manata endirilib.

Baxılıb: 114