AZƏRBAYCAN-ÖZBƏKİSTAN İNVESTİSİYA ŞİRKƏTİNİN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLİB
12.07.2024
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan uğurlu birgə layihələrin, qarşılıqlı sərmayə yatırımlarının əhəmiyyəti qeyd olunub. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyi bildirilib. Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Baxılıb: 73