DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
18.02.2019
Fevralın 16-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Komitənin rayon (şəhər) idarələrinin əməkdaşları üçün daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması mövzusunda qısamüddətli təlim keçirilib. Tədbiri Komitənin sədri Müslüm Cabbarzadə açıb.
Bildirilib ki, Komitə əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə vaxtaşırı təlim və treninqlər təşkil olunur. Bu günkü təlim də Komitənin rayon (şəhər) idarələrinin əməkdaşlarının daşınmaz əmlakın inventarlaşdırılması, daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin hazırlanması istiqamətində biliklərinin təkmilləşdirilməsi və bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
MEYVƏ ƏKİNLƏRİNİN SAHƏSİ ARTIB
15.02.2019
Muxtar respublikamızın torpaq-iqlim şəraiti və qədim təsərrüfatçılıq ənənələri burada bol meyvə-tərəvəz yetişdirilməsi üçün olduqca əlverişli imkan yaradır. Bu sahənin inkişafına dövlətin hərtərəfli qayğısı sayəsində əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə zəruri tədbirlər həyata keçirilib, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.
497 DAŞINMAZ ƏMLAK QEYDİYYATA ALINIB
13.02.2019
Muxtar respublikada daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
Muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Şərur rayonunun Kürkəndində maarifləndirici tədbir keçirilmiş, Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin yeni hazırlanmış torpaqların qida maddələri ilə təminolunma kartoqramları tədbir iştirakçılarına təqdim edilmişdir.
Şərur rayonunun Dərəkənd və Qarxun, Babək rayonunun Nehrəm kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, ay ərzində 1576 daşınmaz əmlak obyekti plana alınmışdır. Naxçıvan şəhər
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASININ YENİ TƏRKİBİ TƏSDİQ EDİLİB
07.02.2019
Azərbaycan Respublikasının Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət yeni tərkibini təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi aşağıdakı kimidir:
Kollegiyanın sədri: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Kollegiyanın üzvləri:
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinləri
- Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi
