Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BİRİNCİ YARIMİL ƏRZİNDƏ KOMİTƏNİN ŞAHBUZ RAYON İDARƏSİ TƏRƏFİNDƏN DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

BİRİNCİ YARIMİL ƏRZİNDƏ KOMİTƏNİN ŞAHBUZ RAYON İDARƏSİ TƏRƏFİNDƏN DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

30.07.2019

   Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin I yarısı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmış, vətəndaşların müraciətləri əsasında 50 fərdi yaşayış evinə, 10 mənzilə məxsus texniki pasport hazırlanmışdır.
 Plan-ölçünün hazırlanması üçün 61, hüquqların dövlət qeydiyyatına alınması üçün 128 müraciətə baxılmışdır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 7,1% artmışdır. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilmiş, 78 müayinə aktı yazılmışdır. Məhdudiyyət və yüklülüyə dair 72, əmlakın olub-olmamasına dair 93 arayış, 11 dublikat sənəd verilmişdir.
 Rayonun 8 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, 70 vətəndaşın müraciəti qəbul olunaraq müvafiq qaydada icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılmışdır. 6 ay ərzində 29 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, qanunauyğun həll edilmişdir.

Baxılıb: 1346