Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “ƏMLAK KALKULYATORU” İSTİFADƏYƏ VERİLİB

“ƏMLAK KALKULYATORU” İSTİFADƏYƏ VERİLİB

 09.08.2019

  Muxtar respublikamızda daşınmaz əmlakın qeydiyyatı sahəsində yeniliklərin tətbiqi daim diqqətdə saxlanılır. Həyata keçirilən tədbirlərin davamı kimi, qeydiyyatla bağlı daha keyfiyyətli xidmətlərin göstərilməsi və vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib. Vətəndaşlara və hüquqi şəxslərə daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən onlayn qaydada hesablamaq imkanı yaradılıb.

  “Əmlak kalkulyatoru” Komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsi ilə istifadəçilərə təqdim olunur. Müvafiq məlumatların daxil edilməsi ilə daşınmaz əmlak obyektlərinin qeydiyyatı və çıxarışın alınması, texniki sənədlərin hazırlanması, dövlət reyestrindən arayışların verilməsi, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən

azad etmə, məhv olmuş daşınmaz əmlakın və onun üzərində hüquqların dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi ilə bağlı xidmətlərə görə tələb olunan ödənişlər elektron qaydada hesablanır və yekun rəqəm təqdim olunur.

  Qeyd edək ki, kalkulyatorun sadalanan bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması üçün hesablama imkanları da mövcuddur.

Baxılıb: 1421