KOMİTƏNİN BABƏK RAYON İDARƏSİNƏ MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI 47% ARTIB
29.07.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən 2019-cu ilin I yarımili ərzində 120 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 390 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 41% artıb. 60 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub. 192 müayinə aktı yazılıb.
6 ay ərzində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi üçün 516 müraciət daxil olub və icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% çoxdur.
Vətəndaşların müraciətləri əsasında məhdudiyyət və yüklülüyə dair 275, əmlakın olub-olmamasına dair 103 arayış verilib.
Rayonun 10 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində hüquq sahiblərinə təqdim edilib.