DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNƏ MÜLKİYYƏT SƏNƏDLƏRİNİN HAZIRLANMASI DAVAM ETDİRİLİR
08.08.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən 2019-cu ilin iyul ayı ərzində 17 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb, 62 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə əmlaklara yerində baxış keçirilib, 3 bölgü planı tərtib edilib, 29 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 79 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 41, əmlakın olub-olmamasına dair 9 arayış verilib.
Rayonun Məmmədrza Dizə və Aşağı Uzunoba kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində hüquq sahiblərinə təqdim edilib.
Baxılıb: 1423