DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR
08.08.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən 2019-cu ilin iyul ayında daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb.
Ay ərzində 24 daşınmaz əmlak obyektinin texniki pasportu, 96 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 40 müayinə aktı, 2 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Vətəndaşların müraciətləri əsasında 27 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 105 arayış hazırlanaraq təqdim edilib. 15 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.
Rayonun Çəmənli və Həmzəli kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 23 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 1374