Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CARİ İLİN BİRİNCİ YARISINDA KOMİTƏNİN ŞƏRUR RAYON İDARƏSİ TƏRƏFİNDƏN HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

CARİ İLİN BİRİNCİ YARISINDA KOMİTƏNİN ŞƏRUR RAYON İDARƏSİ TƏRƏFİNDƏN HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

30.07.2019

   Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsinə 2019-cu ilin ilk altı ayı ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 522 müraciət daxil olmuş və icra edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% çoxdur. Müraciətlər əsasında 100 daşınmaz əmlak obyektinin texniki pasportu, 272 həyətyanı, 150 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Texniki sənədlərin hazırlanması zamanı 161 müayinə aktı, 11 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunmuşdur.

  156 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 418 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın dövlət reyestrindən verilən arayışların sayında 30,2% artım müşahidə edilmişdir.

  Rayonun 12 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, 84 vətəndaşın müraciəti qəbul olunaraq müvafiq qaydada icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılmışdır. 115 vətəndaşın şifahi müraciətinə baxılmış və qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir.

Baxılıb: 1408