Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CARİ İLİN 6 AYI ƏRZİNDƏ KOMİTƏNİN CULFA RAYON İDARƏSİ TƏRƏFİNDƏN HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 55% ARTIB

CARİ İLİN 6 AYI ƏRZİNDƏ KOMİTƏNİN CULFA RAYON İDARƏSİ TƏRƏFİNDƏN HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 55% ARTIB

29.07.2019

  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin 6 ayı ərzində vətəndaşların müraciətləri əsasında mülkiyyət hüquqlarının qeydiyyatı və torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət diqqətdə saxlanılıb. İlin I yarısında 68 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 85 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Ötən ilin ilk altı ayı ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 55% artıb. Texniki sənədlərin hazırlanması zamanı 80 müayinə aktı yazılıb, 8 bölünmə və birləşmə planı tərtib edilib.
  Dövlət reyestrindən 186 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 173 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib.
  Rayonun 5 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində hüquq sahiblərinə təqdim edilib. Daxil olan 38 şifahi müraciət yerində araşdırılıb və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Baxılıb: 3058