Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - PLANAALMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

PLANAALMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

 11.09.2019

     Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin avqust ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb, vətəndaşların müraciətləri əsasında 13 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb.

   Plan-ölçünün hazırlanması üçün 16,  hüquqların  dövlət  qeydiyyatına alınması üçün 31 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 14 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 24, əmlakın olub-olmamasına dair 5 arayış verilib.

   Mərəlik kəndində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılıb. 6 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

   Kükü kəndində torpaqların elektron uçotunun aparılması məqsədi ilə planaalma işləri başa çatdırılıb, Güney Qışlaq kəndində planaalma işlərinə başlanılıb. Ay ərzində 1083 daşınmaz əmlak obyekti plana alınıb.

Baxılıb: 2011