Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NÖVBƏTİ SEMİNAR ŞAHBUZ RAYONUNDA KEÇİRİLİB

NÖVBƏTİ SEMİNAR ŞAHBUZ RAYONUNDA KEÇİRİLİB

 02.10.2019

   Şahbuz rayonunda Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə bələdiyyələr üçün “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda seminar keçirilib.

   Seminarda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, bələdiyyə mülkiyyətinin idarə edilməsində aid qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunulub. Qeyd edilib ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Əmlakın dövlət reyestrində qeydiyyatı həmin əmlaka mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminatdır, həmçinin bu hüququn pozulmasının və mübahisələndirilməsinin qarşısını alır.

  Tədbirdə bələdiyyə mülkiyyətinə aid torpaq sahələrindən səmərəli istifadənin əhəmiyyətindən danışılıb, torpaqlardan təyinatına uyğun olmayan digər məqsədlər üçün istifadə zamanı yaranan məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib.

  Sonra mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılıb, seminar iştirakçılarına metodik vəsaitlər təqdim edilib.

Baxılıb: 2009