DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIR
11.09.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən 2019-cu ilin avqust ayı ərzində vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri diqqətdə saxlanılıb, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilib. 18 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb, 66 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması zamanı 12 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 41 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 88 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 62, əmlakın olub-olmamasına dair 4 arayış verilib.
Rayonun Kültəpə və Xalxal kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul olunmuş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq yerlərdə vətəndaşlara təqdim olunub.
Zeynəddin kəndində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər davam etdirilib, aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktları aradan qaldırılıb.
Baxılıb: 1967