KOMİTƏDƏ NÖVBƏTİ KOLLEGİYA İCLASI KEÇİRİLİB
30.10.2019
Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. İclası Komitənin sədri Müslüm Cabbarzadə açıb.
Gündəlikdə duran məsələlərlə bağlı Komitə Aparatının rəhbəri Nurlan Fətəliyevin, Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun çıxışları dinlənilib. Slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Komitənin sədri Müslüm Cabbarzadə yekun vuraraq Komitənin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, yeni ünvan lövhələrinin hazırlanması və quraşdırılması, Komitənin fəaliyyət istiqamətləri üzrə səyyar xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnuniyyətinin təmin edilməsi və maarifləndirmə tədbirlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Baxılıb: 2059