Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

ÖTƏN AY BABƏK RAYONU ÜZRƏ 100-Ə YAXIN TEXNİKİ SƏNƏD HAZIRLANIB

19.02.2024

Babək rayonunda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatının qanunvericiliyə uyğun aparılması, vətəndaşlara nümunəvi xidmətlərin göstərilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu sahədə göstərilən uğurlu fəaliyyət yanvar ayında da davam etdirilib.

Ötən ay ərzində rayon üzrə ümumilikdə 21 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına dair texniki pasport hazırlanıb, 77 torpaq sahəsinə dair plan və ölçü tərtib edilib. Həmçinin, 6 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 11 müayinə aktı yazılıb.

Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün idarəyə vətəndaşlar tərəfindən 153 müraciət daxil olub, qəbul edilən sənədlər ilkin olaraq yoxlanıldıqdan sonra qeydiyyata alınıb. 11 əmlakın məhdudiyyət və yüklülüyünə, 35 əmlakın olub-olmamasına dair arayış hüquq sahiblərinə təqdim edilib. 10 vətəndaşın şifahi müraciətinə uyğun olaraq qanunvericiliyin tələbləri izah olunub.

Ardını oxu »

NAXÇIVANIN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLUB

19.02.2024

Türkiyə-Naxçıvan iqtisadi əməkdaşlığının perspektivləri və qardaş ölkəyə ixrac imkanları müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti 15-16 fevral tarixlərində Türkiyənin Ankara şəhərində ikigünlük səfərdə olub.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov iştirak edib.

Ardını oxu »

“İQTİSADİ ARTIM ÜZRƏ İŞÇİ QRUPU”NUN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

16.02.2024

“İqtisadi artım üzrə işçi qrupu”nun iclasında Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2023-cü ildə görülən işlər müzakirə edilib.

İclasda işçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov 2023-cü ilin nəticələri üzrə Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə görülmüş işlər, icra prosesində qarşıya çıxan məsələlər, eyni zamanda gələcək planlar barədə məlumat verib.

İclasda işçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə 2023-cü il üzrə hazırlanmış hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Ardını oxu »

2024-CÜ İLİN YANVAR AYINDA İQTİSADİYYATIN BİR SIRA SAHƏLƏRİNDƏ YÜKSƏK ARTIM TEMPLƏRİ MÜŞAHİDƏ OLUNUB

14.02.2024

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında ÜDM 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3% artıb.

Əlavə dəyərdə artım tikinti sektorunda 66,9%, nəqliyyat və anbar təsərrüfatında 26,8%, qeyri-neft-qaz emal sənayesində 16,8%, turizm və ictimai iaşədə 12,1%, informasiya və rabitədə 11,8% təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.

Ardını oxu »