Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 86% ARTIB

CULFA RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 86% ARTIB

19.01.2024

Culfa rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsi diqqətdə saxlanılıb.

Ötən il ərzində daxil olan müraciətlərə əsasən 194 fərdi yaşayış evinə, 88 mənzilə, 15 qeyri-yaşayış binasına, 30 qeyri-yaşayış sahəsinə məxsus olan 327 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 346 torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək vətəndaşlara təqdim edib. 2023-cü ildə rayon üzrə hazırlanmış texniki sənədlərin sayı 86 faiz artıb.

2023-cü ildə texniki sənədlərin tərtibi zamanı 252 müayinə aktı yazılıb, 43 bölünmə və birləşmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib. Dövlət reyestrindən 806 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 294 arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. 409 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Hesabat dövründə vətəndaşlardan daxil olan şifahi və yazılı müraciətlər yerində araşdırılıb, əmlaklara baxış keçirilib və qanunvericiliyin tələbləri onlara izah edilib. Rayonun bütün yaşayış məntəqələrində dövlət və bələdiyyə, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, maarifləndirmə tədbirləri keçirilib.

Baxılıb: 180